İKT

Musiqi sənayesi “YouTube”da reklamlardan nə qədər qazandı?
14 NOYABR
96

Musiqi sənayesi “YouTube”da reklamlardan nə qədər qazandı?

2018-11-14 11:34:00

Musiqi sənayesi “YouTube”da reklamlardan 1,8 milyard dollardan çox gəlir əldə edib. Platforma adıçəkilən məbləği müəlliflərə 2017-ci ilin oktyabr və 2018-ci ilin sentyabrında yerləşdirilmiş reklamlara görə ödəyib.

Fins.az xəbər verir ki, bu barədə “Google”a daxil olan videoxidmət tərəfindən piratlıqla mübariz üzrə hazırlanmış hesabatda qeyd olunub. Hesabata görə, “Google” şəbəkəsi qeyri-leqal məzmunla mübarizə məqsədi ilə müəllif hüquqlarının pozulmasında şübhələndikləri və pirat saytlarla bağlı 10 milyondan çox reklam elanını rədd ediblər. “YouTube”da məzmun sahiblərini müəyyən etmək üçün “Google” müəllif haqlarını təyin edən Content ID alətini hazırlayıb.

Tanımlayıcı “YouTube”a yüklənən videoya əlavə olunur, nəticədə bu yayımlanacaq bütün kanallar üzərindən müəllifə pul qazanmağa kömək olur. Alət vasitəsilə müəllif, adları işarələnmiş şəkildə kontenti paylaşıldıqda qazandıqları gəlir 3 miyard dollar daha çox olur. “Google”un Content ID funksiyası “pulu izlə” (follow the money) prinspi üzrə hazırlanıb. Əsas ideyası isə piratların maliyyə bazasını dağıtmaqdan ibarətdir. Kompaniya əmin edir ki, pirat resurslarından müəllif məhsullarını silməyə, nisbətən bu ən effektiv üsuldur.

 Eləcə də bax:Köhnə NOKİA telefonunuzu qətiyən tullamayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256