İKT

“Apple”-ın milyardları - "ƏRİDİ"
14 NOYABR
206

“Apple”-ın milyardları - "ƏRİDİ"

2018-11-14 14:19:00
“Apple” ABŞ birjalarının tarixində ilk dəfə 1 trilyon dollarlıq şirkət olmağı bacarsa da, şirkətin bazar dəyəri son 5 həftəlik əməliyyatlarda 190 milyard dollar azalaraq dünən 920 milyard dollara qədər düşüb.

Buna, 2019-cu ilin ilk rübündən etibarən “iPhone” satışlarının zəifləyəcəyinə dair təhlillər səbəb olub.
 
Qeyd edək ki, 1980-ci ildən səhmləri birjaya şıxarılan “Apple”-ın bazar dəyəri 2010-cu ildə 190 milyard dollar səviyyəsinə çatıb. Başqa sözlə, şirkətin 30 ildə çatdığı rəqəm, 5 həftəlik bir dövrdə "buxarlanıb". “Apple”-ın birjada itirdiyi bu dəyər, Yunanıstanın ümumi milli gəlirinə bərabər səviyyədədir.
 
Qlobal investisiya bankı "JP Morgan"ın son təhlili, Apple-ın iPhone satışlarının həm 2018-ci ildə, həm də 2019-cu ildə azalacağını ortaya qoyub. Buna səbəb olaraq isə inkişaf etməkdə olan bazarlarda çətin makro iqtisadi şərtlər göstərilib.
 
Bu il oktyabrın 3-də “Apple”-ın səhminin qiyməti 232 dollara qalxıb, noyabrın 13-d isə səhmlərin dəyəri 16.3 faiz azalaraq 191 dollar səviyyəsinə qədər düşüb.

 Eləcə də bax:Köhnə NOKİA telefonunuzu qətiyən tullamayın

“Apple” ən yeni ağıllı telefon modelləri iPhone Xs və iPhone Xs Max satışlarında hələ istənilən səviyyələrə çata bilməyib. Səbəb bu modellərin yüksək qiymətləridir.
 
Digər xoşagəlməz xəbər də şirkətin digər bir yeni modeli “iPhone XR” ilə bağlıdır. "TF İnternational Securities" yüksək qiymətləri və “Huawei” başda olmaqla çinli rəqiblərə görə “iPhone XR” satışı proqnozunu 100 milyondan 70 milyona endirdiyini açıqlayıb. Qlobal ağıllı telefon bazarında satışlar dörd rübdür fasiləsiz düşür.
 
 Açıqlanan maliyyə nəticələrinin ardından “Apple”-ın İcraçı direktoru Tim Kuk da baş verən azalmaya diqqət çəkib, Türkiyə, Hindistan, Braziliya və Rusiya kimi inkişaf etməkdə olan bazarlarda satışların yaxşı getmədiyini açıqlayıb.
 
“Apple” bu ayın əvvəlində "Artıq iPhone satışı barədə rəqəmləri açıqlamayacağıq" məlumatını yaymışdı. Bu açıqlama da “iPhone”-un satış proqnozlarının azaldılmasında təsir göstərib.

©marja
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256