İKT

Alimlər: “Smartfonlar ekologiyaya böyük ziyan vurur”
13 NOYABR 2018
196

Alimlər: “Smartfonlar ekologiyaya böyük ziyan vurur”

2018-11-13 16:47:00

Kanadanın Makmaster Universitetinin mütəxəssisləri smartfonların istehsalı zamanı əmələ gələn zərərli tullantıların yaxın 20 il ərzində kəskin artacağını düşünürlər.

Eləcə də bax:"Alibaba" Avropada ilk mərkəzini açıb
 
Fins.az xəbər verir ki, ekspertlərin sözlərinə görə, hazırda atmosferə buraxılan karbon qazının ümumi həcminin təxminən 1 faizi smartfon istehsalının payına düşür. Hesablamalara görə, 2040-cı ilədək bu göstərici 14 faizədək yüksələ bilər. Buna səbəb kimi qurğuların "çirkli" istehsalı və smartfonun istismar müddətinin nisbətən az olması qeyd edilir.
 
Alimlər bildirib ki, bir smartfonun atmosferə buraxdığı təhlükəli tullantıların 85-95 faizi onun istehsalı zamanı baş verir. Bununla əlaqədar mütəxəssislər ekologiyaya daha şüurlu yanaşmağı və smartfonları mümkün qədər gec əvəzləməyi tövsiyə edirlər.

©ICTnews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0256