İKT

"Alibaba" Avropada ilk mərkəzini açıb
13 NOYABR
105

"Alibaba" Avropada ilk mərkəzini açıb

2018-11-13 14:41:00

 Çinin elektron ticarət nəhəngi "Alibaba" Belçikanın Lyej şəhərində Avropadakı ilk mərkəzini (hab) açıb.

Fins.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Belçikanın Baş naziri Şarl Mişel "Twitter" səhifəsində məlumat verib.

Eləcə də bax: Daxili İşlər Nazirliyindən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ

"Alibaba Group"un başçısı Cek Ma ilə çoxsaylı görüşlərdən sonra Lyejə investisiya qoyulması ilə bağlı təsdiq aldıq... Bu, məşğulluq və ölkəmizin iqtisadi inkişafı üçün yaxşı xəbərdir", - o deyib.

Öz növbəsində, "Alibaba Group"un nümayəndəsi Terri von Bibra mərkəzin təşkili ilə bağlı işlərin başladığını və təyyarələrin  şirkətin Hançjoudakl mənzil-qərargahından Lyejə yüklərini daşımağa başladığını bəyan edib. Onun sözlərinə görə, Lyej şirkətin Honkonq, Dubay, Kuala Lumpur və Moskvadan sonra beşinci regional habı olacaq.

©Report 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256