İKT

"Microsoft", daha iki oyun studiyasını satın aldı
13 NOYABR
86

"Microsoft", daha iki oyun studiyasını satın aldı

2018-11-13 14:36:00

Konsol bazarında "Sony"nin "Playstation"ına qarşı mövqeyini gücləndirmək istəyən Microsoft, "Xbox One"a özəl oyunların hazırlanması üçün "inXile Entertainment" və "Obsidian Entertainment" oyun studiyalarını satın alıb.

Fins.az xəbər verir ki, bu ilin əvvəlində 5 oyun studiyasını tərkibinə daxil edən "Microsoft"un son həmləsi ilə birlikdə təkcə 2018-ci ildə satın aldığı oyun studiyalarının sayı 7-yə çatıb.

"Microsoft"un oyun studiyalarına fokuslanmasının səbəbi isə "Sony"nin "Playstation"ına (PS) qarşı güclənmək, özünün oyun konsolu "Xbox One"a xüsusi oyunlar hazırladıb, bazara çıxarmaqdır.

"Microsoft"un satın aldığı  "inXile Entertainment" və "Obsidian Entertainment"  üçün nə qədər bir ödəniş etdiyi isə açıqlanmayıb.

Eləcə də bax:Daxili İşlər Nazirliyindən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ

"inxile Entertainment", hazırda "Wasteland 2" oyunu üzərində çalışır. "Obsidian Entertainment" isə "Fallout: New Vegas", "South Park: The Stick of Truth" və "the Pillars of Eternity" kimi oyunları ilə tanınır.

©Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256