İKT

Dövlət Radiotezliklər İdarəsinin “BakuTel-2018”də iştirakı 600 min manatı ötəcək
13 NOYABR
153

Dövlət Radiotezliklər İdarəsinin “BakuTel-2018”də iştirakı 600 min manatı ötəcək

2018-11-13 14:21:00

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Radiotezliklər İdarəsinin (DRİ) bu il keçiriləcək “BakuTel” sərgisində stend işlərinə xərcləyəcəyi məbləğ bəlli olub.

Fins.az xəbər verir ki, DRİ qeyd olunan işləri “Hundran” MMC şirkətinə həvalə edib və bununla bağlı dəyəri 603 min 700 manat olan müqavilə imzalanıb.

Eləcə də bax:Daxili İşlər Nazirliyindən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ

Şirkət “BakuTel-2018” beynəlxalq sərgi və konfransında iştirak etmək üçün Baku Ekspo Mərkəzində xüsusi dizayna uyğun olaraq stendin hazırlanması, müxtəlif reklam işlərinin görülməsi, stendin montajı, videowall monitorlarının quraşdırılması, işıqlandırma və səsləndirmə sistemlərinin quraşdırılması, sərgidən sonra stendin demontajı və daşınması işlərini həyata keçirəcək.

©Finans

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255