İKT

Apple “iPhone XR”dən 30 milyon ədəd az satacaq - PROQNOZ
13 NOYABR
100

Apple “iPhone XR”dən 30 milyon ədəd az satacaq - PROQNOZ

2018-11-13 10:40:00

Gələn ilin “iPhone XR”in satışları 30 milyon smartfon az ola bilər.

Fins.az xəbər verir ki, tanınmış analitik Minq Çi Kuo (Ming-Chi Kuo) bu modelin yekun satışlarının onun daha əvvəl gözlədiyi kimi 100 milyon yox sadəcə 70 milyon ədəd olacağını bildirib.

“Biz gələn il üçün satış proqnozlarını 100 milyondan 70 milyon ədədə kimi azaltdıq. Əvvəla xüsusilə Çin bazarındakı ticarət müharibəsi özünü göstərir. İkincisi odur ki, istifadəçilər ikili kamera və daha əlverişli qiymət gözləyirdilər. Nəhayət “Huawei Mate 20” modeli böyük uğura malikdir”,-o deyib.

Eləcə də bax: "Apple"- ın bu modelində problemlər var

İndi Minq Çi Kuo hesab edir ki, cari rüb ərzində satışlar 30-35 milyon, gələn ilin birinci və ikinci rüblərində isə müvafiq olaraq 20-25 və 10-15 milyon ədəd olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256