"Apple" səhmləri 3 təhçizadçısının satışların aşağı enməsi ilə bağlı narahatlığından sonra ucuzlaşdı.

Fins.az xəbər verir ki, şirkətin səhmləri bazar ertəsi günü son 3 ayın minimumuna enib.

Belə ki, ən son nəsil "iPhone"larda "Face ID" texnologiyasının əsas tədarükçüsü olan "Lumentum Holdings" dünən gəlirləri üzrə proqnozunu təxminən 70 milyon dollar azaltdı, bu isə "Apple" səhmlərini daha 5% və ya bazar dəyərinin 50 milyard dollar ucuzlaşmasına səbəb olub. Şirkətin digər təchizadçıları da gəlir gözləntilərini azaldıb.

Qeyd edək ki, hal-hazırda "Nasdaq" birjasında "Apple" səhmlərinin dəyəri 194,17 dollardır.

Həmçinin, "Apple" bayram satışlarının "Wall Street" analitiklərinin gözləntilərindən aşağı olacağını ehtimal edib və bunu inkişaf etməkdə olan bazarlarda valyutaların ucuzlaşması ilə əlaqələndirib.

 

Chart for
Chart for

 ©Finans