İKT

“Apple” hansı bazarlarda sıxıntı yaşayır?
12 NOYABR
85

“Apple” hansı bazarlarda sıxıntı yaşayır?

2018-11-12 16:00:00
Texnologiya gündəmini izləyənlər bilir ki, dünyanın ən bahalı şirkəti olan “Apple” ABŞ və Türkiyə arasındakı gərginlikdən ən çox təsir görən şirkətlərin əvvəlində gəlir. “Apple”ın son rüb ilə bağlı açıqladığı rəqəmlər göstərdi ki, marka “Samsung” və “Huawei” dən sonra 3-cü sırada qərarlaşıb. Amma “ağıllı” telefon bazarında mənfəət marjasına görə, “Apple”ın yenə lider mövqeyindədir. Proqnozlara görə, marka dekabrın son maliyyə rübündə 91 milyard dollar gəlir əldə edə bilər.
Eləcə də bax:“Samsung”un ilk qatlanan smartfonunun SATIŞ TARİXİ bəlli oldu
Fins.az xəbər verir ki, “DigitalAge” yazır ki, son dövrlər Türkiyə bazarında dolların məzənnəsinin yüksəlməsi, “Apple”ın adıçəkilən bazarda qiymət artımına getməsi, markanın məhsullarını avtomobil qiymətləri ilə yarış halına gətirib.“Apple”ın baş icraçı direktoru Tim Kukdan sıxıtılı bazarlar haqqında açıqlamaBaş icraçı direktor “Reuters”ə açıqlamasında deyib ki, builki satış hədəflərinə çatacağımızı gözləmirik. Kuk, inkişaf etməkdə olan ölkələrin yaşadığı iqtisadi sıxıntıların hədəflərinə çatmalarına mane olduğunu qeyd edib. O, sıxıntı yaşadığı bazarlar arasında Tükriyə, Rusiya, Hindistan, Braziliyanın adını çəkib.DigitalAge qeyd edir ki, Türkiyədə dolların məzənnəsi bir vaxtlar 7 TL-yə çatmışdı. O zaman marka məhsullarında artıma getmişdi. Dollar yenidən 5,5 TL-yə düşən zaman isə “Apple” məhsulların da endirimə getmişdi. Mətbuat yazır ki, endirimlərə baxmayaraq, başda “iPhone”lar olmaqla, bütün “Apple” məhsulları əl yandırmağa davam edir.

©Facemark

“Apple” məhsullarının Türkiyədəki qiymətləri: TL və manatla

– iPhone 8 (64 GB): (Köhnə qiymət) 6499 TL -2053 manat (Yeni qiymət) 5799 TL -1832 manat
– iPhone 8 (256 GB): (Köhnə qiymət) 7999 TL-2526 manat (Yeni qiymət) 7099 TL-2242 manat
– iPhone 8 Plus (64 GB): (Köhnə qiymət) 7499 TL-2368 manat (Yeni qiymət) 6699 TL – 2115 manat
– iPhone 8 Plus (256 GB): (Köhnə qiymət) 8999 TL – 2842 manat (Yeni qiymət) 7999 TL -2526 manat 
– iPhone 7 (32 GB): (Köhnə qiymət) 4999 TL - 1579 manat (Yeni qiymət) 4499 TL -1421 manat 
– iPhone 7 (128 GB): (Köhnə qiymət) 5999 TL -1895 manat (Yeni qiymət) 5399 TL-1705 manat
– iPhone 7 Plus (64 GB): (Köhnə qiymət) 6299 TL – 1990 manat (Yeni qiymət) 5699 TL -1800 manat
– iPhone 7 Plus (128 GB): (Köhnə qiymət) 6999 TL – 2211 manat (Yeni qiymət) 6599 TL-2084 manat
– Yeni iPad 9.7 32 GB: (Köhnə qiymət) 2799 TL – 884 manat (Yeni qiymət) 2499 TL -790 manat
– iPad Pro 10.5 64 GB: (Köhnə qiymət) 5399 TL – 1705 manat (Yeni qiymət) 4799 TL -1516 manat
– Apple Watch Series 3: (Köhnə qiymət) 2499 TL -790 manat (Yeni qiymət) 2149 TL -678 manat
– Apple Watch Series 4: (Köhnə qiymət) 3499 TL – 1105 manat (Yeni qiymət) 3099 TL – 979 manat 
– Apple TV 4K: (Köhnə qiymət) 1799 TL – 569 manat (Yeni qiymət) 1579 TL -499 manat
– Airpods : (Köhnə qiymət) 1349 TL – 426 manat (Yeni qiymət) 1199 TL -363 manat 
– Lightning konnektörlü Earpods: (Köhnə qiymət) 249 TL -79 manat (Yeni qiymət) 229 TL -72 manat
– 13 inç Macbook Air: (Köhnə qiymət) 7999 TL -2526 manat (Yeni qiymət) 7199 TL -2274 manat
– 21.5 inç iMac: (Köhnə qiymət) 9399 TL -2968 manat (Yeni qiymət) 8399 TL -2652 manat
– En üst seviye iMac Pro: (Köhnə qiymət ) 119 min TL (Yeni qiymət) 109 min TL

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256