İKT

“Microsoft” şirkəti eksklüziv oyunlar kolleksiyasını genişləndirdi
12 NOYABR
68

“Microsoft” şirkəti eksklüziv oyunlar kolleksiyasını genişləndirdi

2018-11-12 14:53:00
“Microsoft” şirkəti “Obsidian Entertainment” və “InXile Entertainment” oyun studiyalarını aldığını elan edib. 

Fins.az xəbər verir ki, şirkət bunu Mexikoda keçirilən “Microsoft's XO 2018” tədbirində elan edib. 

Sövdələşmələrin məbləği açıqlanmır. Korporasiya “yaradıcı mədəniyyətin dəstəklənməsi üçün” studiyanı müstəqil saxlamağa çalışdığını və komandanın tərkibində dəyişiklik planlaşdırmadığını bəyan edib. “Microsoft” şirkəti artıq “InXile”-in alınmasının şirkətin “Xbox”-da eksklüziv oyunlar kolleksiyasının genişləndirilməsi üzrə strategiyanın bir hissəsi olduğunu bildirib. 

“Obsidian”  “Star Wars: Knights of the Old Republic II — The Sith Lords”, “Fallout: New Vegas”, “South Park: The Stick of Truth” və “Pillars of Eternity” kimi oyunları təqdim edib.  2018-ci ildə şirkət həmçinin “Pillars of Eternity II: Deadfire” oyununu da buraxıb. 

“InXile” həmçinin “The Bard’s Tale”, “Hunted: The Demon’s Forge for Bethesda”, “Wasteland 2” və “Torment: Tides of Numenera” yaradıcısıdır. 

Beləliklə də “Microsoft”-un portfelində oyun istehsalçılar üzrə artıq 13 komanda oldu, onlardan 4-ünü “Ninja Theory”, “Playground Games”, “Compulsion Games” və “Undead Labs”-ı şirkət bu il ərzində alıb.  

Eləcədə bax:“Facebook”dan ƏN SON XƏBƏR - Məlumatlar silinəcək

©İnsider

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256