İKT

"Instagram" haqqında bilmədikləriniz
12 NOYABR
106

"Instagram" haqqında bilmədikləriniz

2018-11-12 10:50:00
ABŞ-ın Pensilvaniya iniversitetinin psixoloqları qənaətə gəliblər ki, sosial şəbəkələrdə çox vaxt keçirmək tənhalıq hissini yüksəldir və depressiyaya səbəb olur.

Fins.az xəbər verir ki, psixoloqların işi "Journal of Social Clinical Psychology" jurnalında dərc olunub.

Öz araşdırmalarını mütəxəssislər "Facebook", "Instagram" və "Snapchat"-dan istifadə edən 143 tələbə arasında keçirib.

Araşdırma nəticəsində psixoloqlar müəyyən ediblər ki, tənhalıq və depressiya birbaşa sosial şəbəkələrdə keçirilən vaxtdan asılıdır.

"Çox qəribədir ki, insan sosial şəbəkələrə nə qədər çox vaxt ayırsa, bir o qədər tənhalaşır. Buna səbəb kimi şüuraltı müqayisə göstərilir. İnsan digərlərinin həyatında baş verən hadisələrə baxanda, məsələn "Instagram"da, ona helə gəlir ki, hamı ondan daha yaxşı yaşayır", - deyə tədqiqatçılar qrupunun rəhbəri Melissa Q.Hann bildirib.

 Eləcə də bax:Bu şirkətdə 7 MİN nəfər işdən çıxarılacaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256