İKT

Virtual televiziya aparıcısı təqdim olunub
12 NOYABR
213

Virtual televiziya aparıcısı təqdim olunub

2018-11-12 10:35:00

"Sinxua" informasiya agentliyi Çinin “Sogou” şirkəti ilə birgə dünyada süni intellekt əsasında işləyən ilk rəqəmli televiziya aparıcısını təqdim ediblər. Yeni texnologiyanın təqdimatı Çinin Uçjen vilayətində keçirilmiş Ümumdünya İnternet Konfransında baş tutub.

Eləcə də bax: “Azərpoçt”un bu sərgidə iştirakı 400 min manata başa gələcək

Fins.az xəbər verir ki, istehsalçıların sözlərinə görə, süni intellekt insanın mimikasını, danışmaq tərzini, əl-qol hərəkətlərini, onun səsi və emosiyalarını təhlil etmək qabiliyyətinə malikdir.
 
Televiziya verilişini hazırlamaq üçün canlı aparıcıdan ibarət video və mətni proqrama yükləmək kifayətdir. Holoqram real aparıcının xüsusiyyətlərini köçürməklə informasiyanı təqdim edəcək.
 
Konfransda Çində məşhur televiziya aparıcısı olan Syu Xaonun holoqrafik "oxşarı" təqdim edilib. Virtual jurnalist təqdimat zamanı texnologiyanın istehsalçıları və süni intellektin işləməsi haqda özü məlumat verib.
 
İdeyanın müəllifləri bildirirlər ki, rəqəmli televiziya aparıcısının ən böyük özəlliyi onun istirahət günləri olmadan gündə 24 saat işləmək qabiliyyəti ilə səciyyələnir. Bundan başqa, proqram səhvə yol vermir ki, bu da ilk dubldan verilişləri hazırlamağa imkan verəcək.

©İCTNEWS
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255