İKT

Dünyanın ən sürətli robot qapıçısı“Bakutel” sərgisinə gətirilir
08 NOYABR
124

Dünyanın ən sürətli robot qapıçısı“Bakutel” sərgisinə gətirilir

2018-11-08 16:29:00

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə ultra-modern texnologiya əsaslı dünyanın ən sürətli robot qapıçısı hesab olunan “Robokiper” ölkəmizə gətiriləcək.

“Robokiper” cari ilin 4-7 dekabr tarixlərində baş tutacaq “Bakutel -2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar  sərgi-konfransında təqdim olunacaq.

Alman alimlərinin ixtirası olan“Robokiper” dünyanın ən sürətli qapıçısı hesab edilir. Hətta Messi, Neymar və Ronaldinyo kimi futbol ulduzları onun qoruduğu qapıya qol vura bilməyiblər.

Dünyada cəmi 10 nüsxədə mövcud olan “Robokiper” dünyanın hər yerində böyük maraqla qarşılanır.

“Bakutel2018” iştirakçıları “Robokiper”-əqol zərbəsi vurmaqda özlərini sınaya biləcəklər. Oyun iştirakçılarına vurduqları hər bir qola görə“Azercell” şirkəti tərəfindən 10 AZN dəyərində danışıq kartı və digər hədiyyələr, “Aloff” firması tərəfindən isəfutbol topu təqdim ediləcək.

“Robokiper”lə yarışmaq üçün əsl futbol oyununda olduğu kimi, topa yaxınlaşıb penalti vurmaq lazımdır. Top vuran şəxsin peşəkar idmançı, yaxud həvəskar olmasının isə heç bir fərqi yoxdur. Qeyd edək ki, “Bakutel2018” sərgi-konfransının açılışına dəvət olunan Azərbaycan klublarının bir sıra tanınmış futbolçuları, o cümlədənfutbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Robokiper”-in qapısına qol vurmağa çalışacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258