İKT

“Uber”in dəyəri nə qədərdir?: İctimai təklif öncəsi araşdırma aparıldı
07 NOYABR
90

“Uber”in dəyəri nə qədərdir?: İctimai təklif öncəsi araşdırma aparıldı

2018-11-07 14:48:00

Daha əvvəllər “Uber”in 2019-cu ildə ictimai təklif (public offering-şirkətin sərmayə artırmaq üçün istifadə etdiyi üsuldur) ilə bağlı planları olduğundan bəhs etmişdik. “Uber”in ictimai təklif öncəsi dəyərini müəyyən etmək üçün bir sıra araşdırmalar həyata keçirilib və belə qənaətə gəlinib ki, şirkətin dəyəri 120 milyard dollardır. “Reuters” bu iddianı “Wall Street Journal”a istinadən qeyd edib.

“Reuters” daha əvvəl “Uber”in 50 milyard dolların üstündə dəyərləndirilməsini xatırladır. Bildirilir ki, “Uber”in 120 milyard dollar dəyərləndirilməsi, ictimai təklifi halında bu günə qədərki ən böyük dəyərlərdən biri olacağı təxmin edilir. “Reuters”, həmçinin “Uber”in ictimai təklif həmləsində vasitəçilik edəcək investisiya bankları arasında “Goldman Sachs” və “Morgan Stanley”nin ilk sıralarda olduğunu qeyd edir. “Alibaba” 24,2 milyard dollar dəyərləndirmə ilə texnoloji şirkətləri arasında bu günə qədər həyata keçirilən ən yüksək dəyər ilə ictimai təklif verən şirkət olub.

21 turda 24 milyard dollarlıq investisiya

Bundan başqa, “Uber”in rəqibi “Lyft”in də qarşıdakı il ictimai təklif ilə bağlı planları olduğu da gələn xəbərlər arasındadır. “Uber”in CEO-su Dara Hüsrevşahiya “Lyft”in “Uber”dən daha öncə ictimai təklif etsə, nə baş verəcəyi ilə bağlı sual ünvanlanıb. O isə cavabında narahat olmağa heç bir əsas yoxdur, hər iki şirkətə də tələb olacaqdır deyib. “Uber” böyümək üçün yeni gəlir mənbələrinin axtarışındadır. Şirkət kateqoriyasına yemək çatdırılma kimi xidmətləri də əlavə etməyə davam edir. Həmçinin “Crunchbase”dəki məlumatlara görə, “Uber” bu günə qədər 21 investisiya mərhələsində 24,2 milyard dollar investisiya aldığını ortaya qoyur. “Wall Street Journal”ın yazdığına görə, “Goldman Sachs” və “Morgan Stanley” “public offering” üçün “Uber”ə təkliflərini verib. “Uber” isə məsələ ilə bağlı hələ ki açıqlama verməyib.

 Eləcə də bax:Telefon bazarında güclü rəqib – BAKIDA TƏQDİM EDİLDİ, QİYMƏTİ

Facemark

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254