İKT

“Apple” rekord gəlir əldə etdi: Şirkət nə qədər “iPhone” satdı?
07 NOYABR
84

“Apple” rekord gəlir əldə etdi: Şirkət nə qədər “iPhone” satdı?

2018-11-07 14:37:00

“Apple”ın 2018-ci ilin 4-cü rübü ilə bağlı maliyyə hesabatına, əsasən kompaniyanın sentyabr ayının sonunda gəlirləri 62,9 milyard dollara çatıb.

Fins.az xəbər verir ki,  Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, ötən ilin anoloji dövrü ilə müqayisədə 20%-lik artım deməkdir.

Nəticələr, ötən illə müqayisədə rekord hesab olunur. Rekord şirkətdə mənfəətin bir il əvvəlki dövrlə müqayisədə 32% artaraq, 14,1 milyard dollara yüksəlməsinə səbəb olub. Bu, göstərici analtiklərin proqnozlarını aşıb. Proqnozlara görə, şirkətin gəlirlərinin artımı davam edəcək, növbəti hesabat dövründə bu rəqəmlər 89-93 milyard dollara çatacaq. “Apple” xidmətindən əldə edilən gəlirlər rekorda çatıb və 10 milyard dollara yüksəlib. 2017-ci ildə bu istiqamətdə artım 27%, gəlirlər isə 7,9 milyard dollar idi. Qeyd olunan dövrdə kompaniya təxminən 46,9 milyon “iPhone” smartfonu, 9,7 milyon ədəd planşet, 5,3 milyon noutbuk satmağa nail olub.

Eləcə də bax:Telefon bazarında güclü rəqib – BAKIDA TƏQDİM EDİLDİ, QİYMƏTİ

“Son iki ayda biz gəlirlərin artımında böyük uğur əldə etmişik. Artıma görə, yeni iPhone, Apple Watch, iPad və Mac və bizim 4-cü əməliyyat sistemimizə borcluyuq”, - deyə şirkətin baş direktoru Tim Kuk bildirib.

Xatırladaq ki, bu payız “Apple” şirkəti 2 dəfə öz yeniliklərini nümayişini həyata keçirib. Belə ki, şirkət sentyabrın 12-də özünün “ağıllı” saatı olan Apple Watch 4 və iPhone-nun 3 yeni nəslini; iPhone Xs, iPhone Xs Max, iPhone Xr tanıtmışdı. Oktyabrın 30-da isə kompaniya özünün yeni iPad, MacBook və Apple Pencil məhsullarının tanıtımını etdi. Bütün cihazlar daha yüngül, daha incə və daha güclü hala gətirilib.

©Facemark

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254