İKT

"Apple" musiqi həvəskarlarını sevindirəcək
07 NOYABR
105

"Apple" musiqi həvəskarlarını sevindirəcək

2018-11-07 11:02:00

"Apple" keçirdiyi son təqdimat günündə istifadəçilərin gözlədiyi "Apple AirPods" naqilsiz qulaqlıqlarını və AirPower naqilsiz şarj stansiyasını müəyyən səbəblərdən təqdim etməyib.

Eləcə də bax: "Apple" musiqi həvəskarlarını sevindirəcək

Fins.az xəbər verir ki, Apple" yaxın zamanda sözügedən iki məhsulunu təqdim edə bilər.

AirPods 2 qulaqlığı "Bluetooth SIG "sertifikatı ilə təqdim olunacaq. Sertifikatda yenilənmiş qulaqlıq barəsində bəzi məlumatlar aşkar edilib. Məlumatlarda iki model nömrəsi əks olunub: A2031 və A2032. Modellərdən bilinir ki, cihazlar "Bluetooth 5.0" funksiyasına sahib olacaqlar. "Bluetooth 5.0" qulaqlıqların səs keyfiyyətinə təsir etməyəcək lakin batareyaların daha yaxşı işləməsini təmin edəcək.

Qeyd edək ki, "Apple"ın qulaqlıqları nə zaman təqdim edəcəyi barədə hələki heç bir məlumat yoxdur.

©Finans

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254