İKT

Yeni model telefon istifadəçilərə təqdim olunub
07 NOYABR
253

Yeni model telefon istifadəçilərə təqdim olunub

2018-11-07 17:13:00

Yeni “Motorola One” istifadəçilərə təqdim olunacaq. Fins.az xəbər verir ki, “Motorola”nın orta səviyyəli yeni modeli 720 x 1520 pikseldə 5.9 düymlük ekranla istifadəçilərə təqdim olunacaq. 4 GB RAM ilə dəstəklənən telefonun daxili yaddaşı 64 GB-dır.

Telefon arxa tərəfində 13MP + 2MP ikili kameraya, ön tərəfdə isə bir 8MP selfie kameraya malikdir.

3000 mAh həcmli batareya ilə işləyən “Motorola One” noyabrın 11-də 399 dollarlıq qiymətlə təqdim olunacaq. Telefonun 1 ay ərzində “Android Pie”ə keçəcəyi təxmin edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258