İKT

Xiaomi Mi 9 haqqında ilkin məlumatlar verilib
06 NOYABR
102

Xiaomi Mi 9 haqqında ilkin məlumatlar verilib

2018-11-06 11:38:00

Igeekphone adlı mənbə Xiaomi Mi 9 smartfonu haqqında ilkin məlumatları paylaşıb. Mənbənin verdiyi məlumata əsasən Xiaomi Mi 9 Qualcomm şirkətinin 7 nanometrlik texnoloji proses əsasında hazırladığı yeni 8 nüvəli Snapdragon 8150 prosessorunu əldə edəcək ilk smartfon olacaq. Bundan əlavə olaraq smartfon 48 MP-lik Sony IMX586 arxa kamerası ilə təchiz olunacaq. Bununla yanaşı Xiaomi Mi 9-un 6/8/10 GB RAM versiyalarında təqdim olunacağı və smartfonun ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasına sahib olacağı güman edilir. Bu məlumatlar hələki şayiə kimi qəbul olunduğundan smartfonun dəqiq texniki göstəriciləri və təqdimat tarixi barəsində məlumatlar hələki yoxdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254