İKT

Samsung Galaxy S10-da iki maraqlı özəllik ola bilər
05 NOYABR
122

Samsung Galaxy S10-da iki maraqlı özəllik ola bilər

2018-11-05 09:39:00

Yeni Galaxy S10 seriyasının təqdimatı gələn ilin Yanvar və ya Fevral ayına gözlənilir. Buna görə də yeni flaqman seriyası barəsində məlumatlar internetdə ortaya çıxmaqda davam edir. Sonuncu məlumatlara əsasən şirkət yeni Galaxy S10 seriyasında istifadəçi gözünün qişası skanı texnologiyasından imtina edəcək və onu daha rahat texnologiya ilə əvəz edəcək. Bundan əlavə olaraq internetə yeni smartfonun çərçivəsiz dizaynını əks etdirən patent fotosu da sızdırılıb. Şirkətin yeni patent sorğusunda iki maraqlı özəllik qeyd olunub.

    Birinci özəllik ön kameranın ekrana inteqrasiya olunmasıdır. Lakin maraqlı məqam ondan ibarətdir ki, ön kamera smartfon ekranının yuxarı hissəsində deyil ortasında yerləşir. Patent məlumatına əsasən adi vaxtda həmin kamera istifadəçi gözü vasitəsilə görünməyəcək. Kamera işə düşən zaman istifadəçi onu görə biləcək. İkinci maraqlı özəllik isə Galaxy S10-da ekrana inteqrasiya olunmuş şəffaf nazik antenlərin istifadəsidir. Bunun sayəsində yeni flaqman smartfonu daha nazik olacaq.

    Bununla yanaşı yeni məlumata əsasən şirkət smartfonda istifadəçi gözünün qişası skanı texnologiyasını ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası ilə əvəz edəcək. Güman olunur ki, smartfonun adi versiyasında barmaq izi skanı smartfonun kənarında yerləşəcək, daha bahalı modellərdə isə Qualcomm-un ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasından istifadə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255