İKT

Daha bir şirkət əyilə bilən smartfonunu tədim edəcək
02 NOYABR
125

Daha bir şirkət əyilə bilən smartfonunu tədim edəcək

2018-11-02 14:21:00

  LG şirkəti Samsung və Huawei kimi rəqib şirkətlərdən geri qalmağı planlaşdırmır. Buna görə də şirkət artıq bir neçə aydan sonra öz əyilə bilən smartfon modelini təqdim edə bilər. Məşhur insayder Evan Blass-ın verdyi məlumata əsasən LG şirkəti öz ilk əyilə bilən smartfon modelini CES 2019 sərgisində təqdim edəcək. Bu sərgi isə 8-11 Yanvar tarixlərində Las Veqasda baş tutacaq. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə bir sıra analitiklər bildirmişdilər ki, LG digər şirkətlərdən fərqli olaraq tələsmir və əyilə bilən smartfon modelini yaxın zamanda təqdim etməyəcək.

Görünür, şirkət öz fikrindən daşınıb. Şirkətin ilk əyilə bilən smartfon modeli barəsində isə hələki heç bir məlumat yoxdur. LG-dən fərqli olaraq Evan Blass Samsung şirkəti barəsində heç bir məlumat verməyib. Əvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, Samsung özünün əyilə bilən smartfon modelini bu ayın 7-də keçirilcək Samsung Developer Conference tədbirində təqdim edəcək. Lakin sonrakı məlumatlar smartfonun həmin tədbirdə təqdim edilməyəcəyinə işarə etdilər.

 Eləcə də bax:Galaxy W2019 qapaqlı flaqman smartfonunun real fotoları sızdırılıb

Texhnote

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259