İKT

“Apple”ın rüblük mənfəəti rekord həddə çatıb
02 NOYABR
74

“Apple”ın rüblük mənfəəti rekord həddə çatıb

2018-11-02 13:04:00

ABŞ-ın texnologiya nəhəngi "Apple" şirkəti 2017-2018-ci maliyyə ilinin son rübündə (bu ilin III rübündə) 62,9 mlrd. ABŞ dolları məbləğində gəlir əldə edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 20% çoxdur. 

Fins.az xəbər verir ki,  bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. 

Məlumata görə, son 1 ildə "Apple"in xalis mənfəəti isə 32% artaraq 14,1 mlrd. dollara yüksəlib. Bu, şirkətin dövriyyədə olan hər səhminə 2,91 dollar mənfəət deməkdir. 

Eləcə də bax:WhatsApp-da reklam dövrü başlayır

Bununla belə, "Apple"in satış həcmi gözləntiləri doğrultmayıb. Məsələn, şirkət ötən rüb ərzində cəmi 47 min ədəd "iPhone" sata bilib. "iPad"ın satış həcmi 6% azalaraq 9,7 mln. ədədə, "Mac" komputerlərinin satış həcmi isə 2% azalaraq 5,3 mln. ədədə düşüb. Bu rəqəmlərin açıqlanmasından sonra fond birjalarında "Apple"nin səhmləri təxminən 7% ucuzlaşıb. 

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258