İKT

Smartfonlar gənclərdən bu bacarıqları alır
02 NOYABR
125

Smartfonlar gənclərdən bu bacarıqları alır

2018-11-02 11:42:00
Gənclərin smartfonlarına görə edə bilmədikləri işlərin sırasına cərrahlıq da əlavə olunur.

Fins.az xəbər verir ki, Londondakı İmperial Kollecdə cərrahiyyə elmləri üzrə professor olan Roqer Nibon bu  qənaətə gəlib. O deyib ki, ötən 10 il ərzində tələbələrin bacarıqlarının azaldığı müşahidə  olunub.

“Bu, mənim və həmkarlarımın narahatlığına səbəb olur. Keçmişdə tələbələrin məktəbi praktiki biliklərlə tərk  etdiyini düşünürdün. İndi bizim elə tələbələrimiz var ki, yüksək imtahan nəticələri olsa da, xüsusi biliyi yoxdur”-deyə o bildirib.

Eləcə də bax:WhatsApp-da reklam dövrü başlayır

Professor deyib ki, smartfonlardan çox istifadə etmək  "kubital tunel" və "karpal tunel" kimi sindromlar yaradıb.

“Sübut olunub ki, smartfonlarla işləyərkən barmaq və barmaq uclarımızın istifadəsinə tələbin artması beynin daha çox işləməyini təmin edir. Bunun isə çevik tələbələrə ehtiyacı olan cərrahlara heç bir köməyi yoxdur. Nələrisə kəsib düzəltmək bacarığını öyrənmək, tələbələr üçün əllərini işlətmək vərdişləri baxımından faydalıdır”-deyə Nibon vurğulayıb.

©İnsider

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250