İKT

"Apple" məşhur məhsulunu “dəfn etdi”
02 NOYABR
569

"Apple" məşhur məhsulunu “dəfn etdi”

2018-11-02 17:35:00
Amerikanın "Apple" şirkəti "iPhone 5" məhsullarını köhnəlmiş qurğular siyahısına daxil edib.
Fins.az xəbər verir ki, bu barədə məlumat şirkətin saytına yerləşdirilib.
İndi sözügedən smartfonu Amerika korporasiyasının rəsmi servis mərkəzlərində təmir etdirmək mümkün olmayacaq.
"Apple" şirkəti öz qadcetlərinin işini onların istehsalı dayandırıldıqdan sonrakı beş il ərzində dəstəkləyir.
"iPhone 5" smartfonu 2012-ci ilin sentyabrında buraxılıb. Bütün istehsal dövrü ərzində 70 milyondan çox qadcet nüsxəsi satılıb.
Bundan əvvəl "Apple" şirkəti yeni "ipad Pro" planşetlərini təqdim edib.
© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9368
  • ₽ RUB
    0.0259