İKT

Google-ın işçiləri etiraz aksiyası keçirəcəklər
01 NOYABR
133

Google-ın işçiləri etiraz aksiyası keçirəcəklər

2018-11-01 14:29:00

Google cinsi təcavüzlər ilə sarsılır. Şirkətin siyasətlərini tənqid edən işçilər bu gün etiraz aksiyası keçirəcəklər.

Fins.az xəbər verir ki, Google-ın İcraçı direktoru Sundar Pichai, son 2 ildə 13-ü yüksək səviyyəli menecer olmaqla 48 əməkdaşı müxtəlif cinsi təcavüz iddiaları nəticəsində işdən çıxardığını açıqlayıb. Açıqlamadan sonra narahatlıq artıb və Google-ın əməkdaşları hərəkətə keçiblər.

Sosial media üzərindən "#GoogleWalkout" haştaqı ilə başladılmış kampaniyaya Google-ın dünya miqyasında bütün ofislərindən qatılanlar olacağı gözlənilir.

Həmçinin, Alphabet və Google-dakı təcavüz iddialarına diqqət çəkmək üçün əksəriyyəti qadınlardan olmaqla 1500-dən artıq Google mühəndisi də bu gün etiraz yürüşü keçirməyi planlaşdırır. İşçilər Alphabet-in birtərəfli siyasət apardığını, qadınlara kişilər ilə bərabər baxmadığını iddia edirlər.

Kampaniyaya dəstək verən Google-ın Youtube Məhsul Marketinq direktoru Claire Stapleton, "Artıq bərabər deyilik və bizə hörmət edilmədiyini hiss etmək istəmirik" deyərək, texnologiya nəhənginin siyasətlərini tənqid edib.

©marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257