İKT

AzerTelecom şirkətinin rəhbər şəxsləri Global İnfluencer Day tədbirinin spikeri və moderatoru olub
31 OKTYABR
242

AzerTelecom şirkətinin rəhbər şəxsləri Global İnfluencer Day tədbirinin spikeri və moderatoru olub

2018-10-31 17:59:00

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi AzerTelecom şirkətinin rəhbər şəxsləri 26-29 oktyabr tarixlərində Bakıda “İnnovasiya Həftəsi” çərçivəsindəHeydər Əliyev Mərkəzində keçirilmiş “Global İnfluencer Day” təbirində spiker və ekspert-moderator qismində iştiraketməkdən məmnunluğunu bildirib.

Belə ki, tədbirin rəsmi hissəsinin spikeri AzerTelecom şirkətinin Korporativ Ünsiyyət üzrə rəhbəri Ceyhun Əli olub.Tədbir çərçivəsində Blokçeyn texnologiyaları mövzusunda təşkil olunmuş panel müzakirəsiAzerTelecom şirkətinin Kommersiya məsələləri üzrə baş direktoru, Blokçeyn sahəsində mütəxəssisSamir Nuriyev tərəfindən aparılıb və bu texnologiya haqqında ətraflı məlumat verilib. Samir Nuriyev Blokçeyn texnologiyasının iqtisadiyyatın müxtəlif sahələrdə istifadəsi, texnologiyanın üstünlükləri, Azərbaycanda bank sferasında Blokçeyndən istifadə barədə danışıb. Panel müzakirələrində iştirak edən qonaqlar – respublikamızda müxtəlif aparıcı bankların rəhbərləri öz növbələrində Blokçeynin ölkəmizdə tətbiqi ilə bağlı ətraflı məlumat veriblər, müxtəlif təkliflər səsləndiriblər.

“Global İnfluencer Day” tədbiri Google, Facebook, Oculus, Gezimania, Vispera, Vogue, Booking.com, Joi və digər dünya miqyasında tanınmış şirkətlərin nümayəndələrini, influencer, biznes və brend sahiblərini Bakıda bir araya toplayıb.Tanınmş spikerlər influencer marketinq, data marketinq, elektron kommersiya və Blokçeyn texnologiyası və digərsahələr barədə faydalı fikir mübadiləsi aparıblar. Tədbirdə həmçinin süni intellekt (AI) əsasında hazırlanmış humanoid robot Sofia da çıxış edib.

Qeyd edək ki, “Global İnfluencer Day” tədbiri "Keepface DMCC" və "FA International Trade Events" tərəfindən təşkil olunub.

AzerTelecom Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. Şirkət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250