İKT

Apple 4 yeni məhsulunu təqdim edib - 999 dollar
31 OKTYABR
131

Apple 4 yeni məhsulunu təqdim edib - 999 dollar

2018-10-31 15:45:00

Apple dünən keçirilən təqdimat mərasimində 4 yeni məhsulunu təqdim edib.

Fins.az xəbər verir ki "Apple"ın CEO-su Tim Kuk "iPad Pro"nun yeni versiyasını təqdim edib. Yeni "iPad Pro" yeni ekran dizaynına, düz kənarlara, yuvarlaq künclərə və "Face ID"yə sahibdir. Belə ki, 10,5 düyümlük ekrana sahib olan "iPad Pro"nun ekranı böyüdülərək 11düyümə çatdırılıb, 12,9 düyümlük ekrana sahib olan digər "iPad Pro"nun isə ekran ölçüsü sabit qalıb, lakin cihazın ümumi ölçüsü kiçildilərək daşınma üçün daha rahat hala gətirilib. Hər iki yeni "iPad" 5,9 mm incəlikdədir. Bu daha əvvəlki böyük "iPad Pro"dan 1 mm incədir. Həmçinin, yeni "iPad Pro"ya kilidin açılması üçün "Face ID" funksiyası da daxil edilib. 10 saatlıq enerji saxlama gücünə sahib olan "iPad" 1 terabayt disk və "USB-C"-ə məxsusdur. Qeyd edək ki, yeni "iPad Pro"larda "home" düyməsi və "Touch ID" yoxdur. 64 GB-dan 1 TB-a qədər yaddaşa sahib olan "iPad Pro"nun 11 düyümlük modeli üçün qiymət 799 dollardan, 12,9 düyümlük modeli üçün qiymət isə 999 dollardan başlayacaq.

Yeni "MacBook Air" Retina bionik ekranı ilə tamamilə yenidən işlənib hazırlanıb. 13,3 düymlük ekran çərçivələri 50% azaldılıb. Təsvirlərdə isə piksellər artırılaraq 4 milyona çatdırılıb. 48% daha çox rəng göstərən yeni "Air" modelində kamera "FaceTime" üçün yuxarıda yer alır."Touch ID" inteqrasiya olunan "MacBook Air"də T2 təhlükəsizlik çipi yer alıb. 20% daha geniş bir "trackpad"ə sahib olan "Air"ın səs xüsusiyyətləri də inkişaf etdirilib. Yeni "Air"in çəkisi 17%, qalınlığı isə 10% daha azdır. 16 GB RAM, 1,5 terabayt SSD və 8 nüvəli cüt əsaslı "Intel" prosessoru var. Qiyməti 1199 dollardan başlayacaq.

Yeni "Mac mini" təbii olaraq daha güclü xüsusiyyətlərə malikdir. Model artıq 4 və 6 nüvəli olacaq və 32 və 64 GB RAM ilə çalışacaq. Yeni flash diski 2 terabayta yüksəldilib və T2 təhlükəsizlik çipi də daxil edilib. Soyutma sistemi ilə cihaz əvvəlki kimi səssiz işləyəcək. Qiyməti 799dollar olacaq.

©Finans

Təqdim olunan cihazlardan biri də ikinci nəsil "Apple Pencil" olub. Bu cihazın özəlliyi isə həqiqətən karandaşa oxşaması, naqilsiz enerji toplaya bilməsi və "iPad Pro"ya maqnit vasitəsilə yapışdırıla bilən olması olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258