İKT

Azərbaycan veb-təhdidlərin sayına görə ölkələr arasında ilk onluqdadır
31 OKTYABR
84

Azərbaycan veb-təhdidlərin sayına görə ölkələr arasında ilk onluqdadır

2018-10-31 15:19:00

“Kaspersky Lab” texnologiyalarının ən çox qeydə aldığı veb-təhdidlərin sayına görə ölkələr siyahısında Azərbaycan 7-ci yeri tutur.Fins.az  xəbər verir ki, bunu “Kaspersky Lab”ın Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib. M.Məmmovun sözlərinə görə, istifadəçilər tez-tez (hadisələrin 42%-ndə) “trojan clicker”lər adlanan zərərverici proqramlarla qarşılaşıblar, hansılar ki, istifadəçilərin xəbəri olmadan artırılmış trafiki generasiya etmək məqsədilə bəzi veb-səhifələri “klikləyirlər”. "Təxminən hər beşinci Azərbaycan istifadəçisinin qurğusunda kriptovalyutaların mayninqi üçün proqram təminatının quraşdırılması cəhdi qeydə alınıb. Buna bənzər təhdidlər birbaşa olaraq maliyyə zərərinə gətirib çıxarmır, lakin yoluxmuş qurğunun məhsuldarlığını və sürətini əhəmiyyətli dərəcədə aşağı salır",- deyə şirkətin Azərbaycanda rəsmi nümayəndəsi bildirib.

Eləcə də bax:Peyklərimizdən əldə edilən gəlir açıqlandı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257