İKT

Bu mobil operatorun 4G istifadəçilərinin sayı 300 mini keçib
30 OKTYABR
171

Bu mobil operatorun 4G istifadəçilərinin sayı 300 mini keçib

2018-10-30 14:56:00

Hazırda ölkəmizdə fəaliyyət göstərən 4 mobil operatordan biri də "Nar" mobiledir. Son zamanlar bir sıra yeniliklərlə gündəmə gələn "Nar"ın göstəricilərinə Fins.az olaraq laqeyd qala bilməzdik odur ki, “Azerfon”-nun Marketinq üzrə direktoru Qəhrəman Kazımova bəzi suallar ünvanladıq. "Nar"ın müştəri sayına aydınlıq gətirən şirkət rəsmisi “Nar”-ın müştərilərinin sayının bu ilin 3-cü rübündə 2.1 milyonu  keçdiyini və bunun da ,ötən dövrlə müqayisədə 13% artım olması demək olduğunu qeyd etdi. 

FANTASTİK ARTIM

Qəhrəman Kazımovun sözlərinə görə, internet istifadəçilərinin sayı bu ilin 3 rübündə 29% artıb. Bu həm lokal, həm də qlobal bazarlarla müqayisədə yüksək nəticədir. Bundan başqa, 4G istifadəçilərinin sayı 300 mini  keçib. Bu isə  2.1 milyon müştəri bazası olan oparator üçün həddindən artıq yüksək nəticədir. Bildiyiniz kimi, 4G xidməti ilk öncə Bakıda yaradıldı. Keçən ilin son rübündə isə artıq bölgələrdə də xidmətə verildi. Bizim üçünisə bu həm qürurlu, həm sevindirici haldır ki, bölgələrdəki 4G istifadəçilərinin sayı “Nar”  şəbəkəsində 100 mini keçdi. Bu da həqiqətən çox yüksək göstəricidir. Bu göstəricilər bizim bir mobil operator olaraq, mobil rabitə və texnoloji inkişafa etdiyimiz sərmayelərin nəticəsidir deyə o qeyd edib. 

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257