İKT

Gmail son 2.5 ildə 50 faiz böyüyüb
30 OKTYABR
120

Gmail son 2.5 ildə 50 faiz böyüyüb

2018-10-30 09:16:00

Google, e-poçt xidməti Gmail-in aktiv istifadəçi sayının 1.5 milyardı keçdiyini bildirib. Fins.az xəbər verir ki, Gmail-in Twitter hesabında paylaşılan məlumatda, "1.5 milyard istifadəçi. Təşəkkür edirik" deyilir.

Google-ın 2004-cü ildə istifadəyə verdiyi Gmail, 2012-ci ildə 500 milyon, 2016-ci ilin fevral ayında isə 1 milyard aktiv istifadəçi sayına çatmışdı. Beləliklə, dünya miqyasında Gmail-i istifadə edənlərin sayı son 2.5 ildə 500 milyon artıb. Başqa sözlə, Google-ın e-poçt xidməti 2016-cı ilin Fevral ayından bu yana 50% böyüyüb.
 
Google-ın axtarış sistemindən sonra ən çox istifadə edilən xidməti olan Gmail-in dizaynı 2018-ci ilin ikinci rübündə yenilənib. Yeni dizaynla bərabər Google-ın, Təqvim, Keep (qeydlər), Tapşırıqlar kimi xidmətlərinə Gmail-in interfeysindən birbaşa çıxış imkanı yaradılıb.

Eləcə də bax:Dünyada bərpa edilmiş smartfonlara tələbat artır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255