İKT

“Amazon” son hesabatını paylaşdı
29 OKTYABR
76

“Amazon” son hesabatını paylaşdı

2018-10-29 15:44:00

Ceff Bezosun qurduğu və idarə etdiyi, ABŞ-ın "Amazon.com" platformasının, 2018-ci ilin üçüncü rübü ilə bağlı hesabatı ictimaiyyətə açıqlanıb.

Eləcə də bax:Bu SİM kartda danışıqları dinləmək mümkün olmayacaq - İLK DƏFƏ

Fins.az xəbər verir ki, qeyd olunan dövrdə şirkətin mənfəəti təxminən 11 dəfə artaraq 2,88 milyard dollara çatıb. Bununla belə, internet şirkətin dövriyyəsi və üçüncü rüblə bağlı gözləntiləri proqnozların aşağısında qalıb.

Xatırlatmaq yerinə düşər ki, "Amazon"un xalis mənfəəti bu ilin ikinci rübündə rekord həddə 2,5 milyard dollara çatıb. Bu isə şirkətin tarixində bir rüb ərzində əldə edilən ən yüksək xalis mənfəət hesab olunmuşdu.
"Amazon.com"un 2018-ci ilin üçüncü rübü ilə bağlı ən önəmli nəticələri belədir:

- Səhm üzrə mənfəət payı 5,75 dollar (proqnoz 3,14 dollar idi)

- Xalis mənfəət: 2,88 milyard dollar

- Üçüncü rübdə şirkətin çatdığı dövriyyə: 56,6 milyard dollar ( proqnoz 57,1 milyard dollar idi)

- AWS dövriyyəsi: 6,68 milyard dolar (proqnoz 6,71 milyard dollardı)

- 4-cü rüblə bağlı dövriyyə təxmini 66,5-72,5 milyard dollar

©facemarker

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251