İKT

Apple və Samsung – a nə üçün PUL CƏZASI kəsilib?
29 OKTYABR
66

Apple və Samsung – a nə üçün PUL CƏZASI kəsilib?

2018-10-29 15:18:00

İtaliya Rəqabət Qurumu “Apple” və “Samsung” şirkətlərinə buraxdıqları telefon modellərinin bir müddət sonra qəsdən sürətini azaltmaları səbəbilə milyon avro dəyərində pul cəzası tətbiq edib.

Fins.az xəbər verir ki, “Apple” şirkətinə 10 milyon,“Samsung” şirkətinə isə 5 milyon avro dəyərində pul cəzası kəsilib.

Qərarla bağlı açıqlama edən qurum, “Apple” və “Samsung” şirkətinin bu startegiyasını “ədalətli olmayan ticarət həmləsi” kimi dəyərləndirib.

 Eləcə də bax:Bu SİM kartda danışıqları dinləmək mümkün olmayacaq - İLK DƏFƏ

Şirkətlər öz istifadəçilərini telefonlarını yeniləməyə təşviq etsə də, bu yeniləmələrin telefonlarını nə qədər yavaşladacağını qeyd etmir.

Həmçinin oxu: iPhone – u olmayan Apple səhmdarı kimdir?

“Samsung” şirkəti qərarla razılaşmadıqları üçün apelyasiya məhkəməsinə müraciət edəcəklərini elan edib.

“Apple” şirkəti isə mövzu ilə bağlı açıqlama etməyib.

Hər iki şirkət də Rəqabət Qurumunun verdiyi qərarı İtaliyadakı rəsmi saytlarında qeyd etmək məcburiyyətindədirlər.

©banco

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259