İKT

Süni intelektdə ətirlərlə bağlı daha bir YENİLİK- 1,7 MİLYON YENİ QOXU
29 OKTYABR
114

Süni intelektdə ətirlərlə bağlı daha bir YENİLİK- 1,7 MİLYON YENİ QOXU

2018-10-29 14:17:00

“IBM Research” tədqiqat təşkilatının alimləri “Symrise” ətriyyat istehsalçısı ilə birgə yeni ətir qoxuları yaratmağa kömək edəcək “Philyra” süni intellektini yaradıblar.

Fins.az xəbər verir ki, məlumata görə, neyroşəbəkələr tərəfindən insan üçün təhlükəsiz ətirlərin seçilməsində  istifadə edilən maddələrin tərkibi analiz ediləcək. Bundan başqa, onlar mövcud ətir iyləri əsasında yenilərini yaradacaqlar: əvvəllər təsadüf edilməyən uyğun qoxular seçiləcək. Alqoritmlər artıq 1,7 milyon iyi yadda saxlayıb.

Qeyd olunur ki, süni intellekt yeni ətirləri müstəqil yaratmayacaq. Belə ki, o, ətriyyat şirkətinə kömək edərək onun tədqiqatlarının daha dəqiq aparılmasına şərait yaradacaq.

 Eləcə də bax:Süni zəka tərəfindən yaradılmış ilk rəsm hərracda 432.000 dollara satıldı

“Philyra” şirkəti ilə birgə yaradılan ilk ətirlərin 2019-cu ildə buraxılacağı gözlənilir. Ətirlərin alıcısı qismində Braziliyanın “O Boticário” ətriyyat şirkətinin çıxış edəcəyi bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255