İKT

Dünyada bərpa edilmiş smartfonlara tələbat artır
29 OKTYABR
112

Dünyada bərpa edilmiş smartfonlara tələbat artır

2018-10-29 12:51:00

Bərpa edilmiş smartfonlar bazarında artım yeni smartfonlar bazarından daha sürətli gedir. Bu barədə “Counterpoint Research” analitik şirkətinin tədqiqatında deyilir.  

Fins.az 2018-ci ilin ikinci rübünə olan məlumata görə, bərpa edilmiş smartfonlar bazarı yeni qurğular bazarını ya üstələyib, ya da ona çatıb. Məsələn, dünyanın ən sürətli inkişaf edən Hindistan bazarında köhnə smartfonlar yenilərindən 41 faiz çox satılıb. ABŞ-da isə bərpa edilmiş qurğuların həcmi 18 faiz artdığı halda yeni smartfonların satışı 20 faiz azalıb.

Qlobal baxımdan isə dünyada bərpa edilmiş qurğular bazarının həcmində 10 faiz artım qeydə alınıb, yeni smartfonların satışı 1 faiz azalıb. Ekspertlər bunu müasir smartfonların, xüsusilə qabaqcıl modellərin qiymətinin çox baha olması ilə izah edirlər.

Qeyd edək ki, bərpa edilmiş smartfonlar əvvəllər istifadə olunmuş qurğulardan fərqlənir. Belə ki, istehsalçı köhnə qurğuların sıradan çıxmış detallarını dəyişdikdən sonra onlara bəzək-düzək verir və ucuz qiymətə satır.  

 Eləcə də bax:Toplumdan seçilib öz fikir və ideyalarını nümayiş etdirmək imkanı

İCTEWS

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257