İKT

Texnologiya nəhəngi hər saatına 16 milyon dollar qazandı
26 OKTYABR
140

Texnologiya nəhəngi hər saatına 16 milyon dollar qazandı

2018-10-26 12:17:00

"Google"un təsisçi şirkəti "Alphabet" 2018-ci ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

Fins.az xəbər verir ki, şirkətin iyul-avqust-sentyabr aylarında ümumi gəliri əvvəlki ilin eyni dövrünə nisbətən 21% artaraq 27,8 milyard dollardan 33,7 milyard dollara çatıb. "Google" reklamlardan 28,9 milyard dollar qazanıb ki, bu da gəlirlərinin 86%-ni təşkil edir.

Şirkətin keçən ilin üçüncü rübündə 6,7 milyard dollar olan xalis mənfəəti bu ilin üçüncü rübündə 37% artaraq 9,2 milyard dollara çatıb.

 Eləcə də bax: "WhatsApp" özünün stikerlərini hazırlayacaq - FOTO

2018-ci ilin ilk doqquz ayında "Google"un gəlirləri 24% artaraq 97,5 milyard dollara çatıb, xalis mənfəəti isə 39% artaraq 21,8 milyard dollar təşkil edib. 

Üç aylıq nəticələri nəzərə alsaq deyə bilərik ki, "Google"un günlük gəliri 375 milyon dollar günlük mənfəəti isə 102 milyon dollar olub. 2017-ci ildə isə bu rəqəmlər müvafiq olaraq 308 milyon dollar və 75 milyon dollar idi. Üçüncü rübə şirkətin hər saat üçün gəliri isə 16 milyon dollara yaxın - 15,625 milyon dollar olub.

30 sentyabr tarixinə kassasında 13,4 milyard dollarlıq nağd vəsaiti olan şirkətin gəlirləri "Wall Street" analitiklərinin gözləntilərindən aşağı olduğu üçün ABŞ birjalarında əməliyyat görən "Alphabet"in səhmləri 4% ucuzlaşıb.

 ©Finans

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258