İKT

“Xiaomi” çərçivəsiz smartfonunu təqdim edib - QİYMƏT 575 və 720 DOLLAR
26 OKTYABR
178

“Xiaomi” çərçivəsiz smartfonunu təqdim edib - QİYMƏT 575 və 720 DOLLAR

2018-10-26 11:24:00

Xiaomi” şirkəti “Mi MIX 3” adlı çərçivəsiz smartfonunu təqdim edib.
 
Fins.az xəbər verir ki,  qurğu slayder formatında hazırlanıb: kameradan istifadə etmək üçün smartfonun arxa panelini irəli çəkmək lazımdır. “Mi MIX 3” smartfonu 6,39 düymlük AMOLED ekranı, 6/8/10 QB-lıq əməli yaddaşla təchiz edilib.

Eləcə də bax:"Samsung"un qatlanabilən modeli bu tarixdə çıxa bilər
 
Yeni aparat “5G” şəbəkəsini və simsiz enerjidoldurma texnologiyasını dəstəkləyir. Bundan başqa, smartfon barmaq izləri skaneri və 12 meqapiksellik ikiqat kamera ilə təchiz edilib.
 
“Mi MIX 3” smartfonu 3 rəngdə (qara, tünd yaşıl və göy) əlçatandır. Smartfonun qiyməti 475 dollardır. Daha böyük tutumlu əməli yaddaşa malik modellərin qiyməti müvafiq olaraq 575 və 720 dollar təşkil edəcək.

“ICTnews
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257