İKT

“iPhone” modellərinin orta qiyməti rekord 800 dollara çatacaq - Proqnoz:
25 OKTYABR
74

“iPhone” modellərinin orta qiyməti rekord 800 dollara çatacaq - Proqnoz:

2018-10-25 12:09:00

“Bernstein” şirkətinin analitiki Toni Sakkonaqi “iPhone” modellərinin orta qiymətinin 800 dollara çatacağını proqnozlaşdırır. O bildirib ki, “Apple” qurğularının qiyməti heç vaxt belə baha olmayıb.

Fins.az xəbər verir ki,  ekspertin hesablamalarına görə, şirkətin orta satış qiymət göstəricisi (average selling price, ASP) ilin sonunadək 800 dollaradək yüksələcək. Ötən ilin analoji dövrü ilə müqayisədə artım 29 faiz təşkil edəcək. Analitikin qiymətləndirməsinə görə, bu, bazar üçün çox böyük artımdır və bunu əsasən hazırda “Apple” şirkətinin əvvəlki illərlə müqayisədə daha çox bahalı smartfonların satışına üstünlük verməsi ilə izah etmək olar.

Bildirilir ki, məsələn, 2018-ci ilin istehsal xəttinə aid ən ucuz qurğunun – “iPhone XR” modelinin qiyməti 749 dollara bərabərdir. Bu isə iki il əvvəl təqdim edilən “iPhone 7” modelinin ilkin qiymətindən 100 dollar çoxdur. Onun sözlərinə görə, son iki il ərzində “iPhone” üçün qiymətlərin tədricən bahalaşması “ASP” göstəricisinin artmasına səbəb olub.

Eləcə də bax:"Nokia" - dan yeni model - 17 DOLLARA

Sentyabrın 12-də keçirilən yeni “iPhone” modellərinin təqdimatından sonra əksər istifadəçilər onların qiymətinin baha olmasını qeyd edib. Məsələn, “iPhone XR”, “XS” və “XS Max” modellərinin ilkin qiyməti müvafiq olaraq 990.25, 1340.70, 1477.83 dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258