İKT

"Nokia" - dan yeni model - 17 DOLLARA
25 OKTYABR
189

"Nokia" - dan yeni model - 17 DOLLARA

2018-10-25 09:50:00
«Nokia» brendinin sahibi olan HMD Global şirkəti «Nokia 8110 4G» və «3310» modellərinin uğurundan sonra daha bir düyməli, amma 4G dəstəkləyən telefon buraxmağa hazırlaşır. 
Fins.az xəbər verir ki, yeni aparatın qiyməti 16-17 dollar arasında dəyişəcək. Qeyd edək ki, vaxtilə dünyanın mobil teleofn bazarının lideri olan «Nokia» hazırda telefon (smartfon yox) bazarında aparıcı şirkətdir və hər il smartfondan çox telefon satır. Qeyd edək ki, smartfon bazarının sürətli inkişafına və smartfonların texnoloji imkanlarının artmasına baxmayaraq, artıq bir neçə ildir ki, bütün dünyada adi mobil telefonlara tələbat sürətlə artmaqdadır. Bu özünü xüsusilə inkişaf etməkdə olan ölkələrdə göstərir. Məhz bu statistika və müştərilərin tələbatı «Nokia»nı 4G-ni dəstəkləyən yeni düyməli telefon buraxmağa həvəsləndirib. Hələlik yeni telefonların texniki xüsusiyyətləri məlum deyil, amma məlumdur ki, bir qədər əvvəl buraxılmış «Nokia 8110 4G» 25 gün batereya saxlayır, eləcə də Bluetooth 4.1, WiFi, microUSB, GPS, kompüterlə sinxronizasiya və sair imkanları var. Bundan başqa, telefon 2,4 düymlük displey əvə 2 meqapiksellik kameraya malikdir. Ekspertlər hesab edir ki, yeni telefon da oxşar xarakteristikaya malik olacaq. 

Eləcə də bax:Bu gün ilk Android smartfonun 10 yaşı tamam olur

©FED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258