İKT

"İphone"lar bu funksiyadan məhrum olacaq
24 OKTYABR
211

"İphone"lar bu funksiyadan məhrum olacaq

2018-10-24 17:42:00

"Phonearena" saytının insayderləri "Apple" şirkətinin yeni patent sənədlərini əldə ediblər.

Fins.az xəbər verir ki, patent sənədlərinə əsasən gələcək "iPhone" modellərinin ekranlarının yuxarı hissəsininin çıxıntı butonu olmayacaq. 

Patent sənədlərini incələmiş insayderlərin sözlərinə əsasən "Apple" şirkəti çıxıntı hissədən istifadə etməyərək ön kameranı ekrana inteqrasiya etməyin yollarını axtarır. Çıxıntı hissədən azad olmağın yollarından biri də smartfon ekranının yuxarı hissəsində kiçik dirəvi formalı hissə ola bilər. Həmin hissədə "Face ID" texnologiyasının sensorları və ön kamera obyektivi yerləşəcək. "Face ID" texnologiyası ilə ön kameranın yerləşəcəyi həmin dairəvi hissə də sensorlu ola bilər. Buna baxmayaarq bir sıra mütəxəssislərin fikrincə "Apple" şirkəti öz yaratdığı texnologiyaların əvəzinə "Samsung" şirkətinin tamamilə çərçivəsiz ekran texnologyasından istifadə edəcək. "Samsung" şirkəti özünün bu texnologiyasını artıq demək olar ki, tam hazır edib.

Qeyd edək ki, ilk dəfə çıxıntı hissə 2017-ci ildə təqdim olunmuş "iPhone X" smartfon modelində öz əksini tapıb. 

 Eləcə də bax:Sürətli şəkildə pul qazanacağınız LAYİHƏLƏR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258