İKT

“Azərkosmos”un nizamnamə kapitalı kəskin artırılacaq
24 OKTYABR
109

“Azərkosmos”un nizamnamə kapitalı kəskin artırılacaq

2018-10-24 09:31:00

2019-cu il dövlət büdcəsində mənzil və komunal, yanacaq və enerji, sənaye və tikinti, nəqliyyat və rabitə xərcləri üzrə 563,4 milyon manat vəsait proqnozlaşdırılıb.

Gələn ilin dövlət büdcəsi zərfində bildirilir ki, həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 2,3% təşkil edəcək.

 Eləcə də bax:Azərbaycanda yeni kanal yaradılacaq

Bundan başqa, büdcə zərfində sənaye və tikinti xərclərinə (dövlət əsaslı vəsait qoyuluşu xərcləri istisna olmaqla) 2019-cu il dövlət büdcəsindən 19,5 milyon manat vəsait ayrılıb.

Nəqliyyat və rabitə xərclərinə 2019-cu il dövlət büdcəsində 175,8 milyon manat vəsait proqnozlaşdırılıb. Həmin məbləğdən “Azərkosmos” ASC-nin nizamnamə kapitalının artırılması üçün 48 milyon manat vəsait nəzərdə tutulur. 

Xatırladaq ki, hazırda "Azərkosmos"un nizamnamə kapitalı 63 610 600 manatdır. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250