İKT

“Azərkosmos”un nizamnamə kapitalı kəskin artırılacaq
23 OKTYABR
140

“Azərkosmos”un nizamnamə kapitalı kəskin artırılacaq

2018-10-23 17:31:00

2019-cu il dövlət büdcəsində mənzil və komunal, yanacaq və enerji, sənaye və tikinti, nəqliyyat və rabitə xərcləri üzrə 563,4 milyon manat vəsait proqnozlaşdırılıb.

Fins.az un gələn ilin dövlət büdcəsi zərfinə istinadən verdiyi xəbərə görə, həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 2,3% təşkil edəcək.

Eləcə də bax:Azərbaycanlı gənc “Youtube”da 140 milyonluq rekordla fenomen oldu

Bundan başqa, büdcə zərfində sənaye və tikinti xərclərinə (dövlət əsaslı vəsait qoyuluşu xərcləri istisna olmaqla) 2019-cu il dövlət büdcəsindən 19,5 milyon manat vəsait ayrılıb.

Nəqliyyat və rabitə xərclərinə 2019-cu il dövlət büdcəsində 175,8 milyon manat vəsait proqnozlaşdırılıb. Həmin məbləğdən “Azərkosmos” ASC-nin nizamnamə kapitalının artırılması üçün 48 milyon manat vəsait nəzərdə tutulur. 

Xatırladaq ki, hazırda "Azərkosmos"un nizamnamə kapitalı 63 610 600 manatdır. 

 Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258