İKT

İlk “HTC” blokçeyn smartfonu rəsmən nümayiş olunub
23 OKTYABR
105

İlk “HTC” blokçeyn smartfonu rəsmən nümayiş olunub

2018-10-23 16:23:00

“HTC” şirkəti “Exodus 1” adlı ilk blokçeyn smartfonunu təqdim edib.

Fins.az xəbər verir ki,  blokçeyn şifrləməyə əsaslanan yüksək təhlükəsizliyə malik smartfona “Android” əməliyyat sistemindən tam mühafizə edilən və ondan istifadəyə imkan verməyən kriptoqrafik açarlar quraşdırılıb. İtmə halında açarları aparat həlli vasitəsilə bərpa etmək mümkün olacaq. Həmçinin kənar tərtibatçılar, açarların mühafizəsi üçün aparat həllindən istifadə və tranzaksiyaların imzalanması üçün əlavə proqram interfeysinin (application programming interface - API) buraxılması nəzərdə tutulur.

Eləcə də bax:DTX-dan sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ

“HTC Exodus 1” qabaqcıl “HTC U12+” smartfonunun texniki xüsusiyyətlərini özündə birləşdirib. Məsələn, “QHD+” təsvir ölçülü 6 düymlük ekran, iki qoşa kamera, “Qualcomm Snapdragon 845” prosessoru, “IP68” standartı üzrə suyadavamlılıq və sukeçirməzlik, 3500 milliamper/saat tutumlu akkumulyator və “Android Oreo” əməliyyat sistemi.

İlkin satış proqramı çərçivəsində “HTC Exodus 1” smartfonunu 34 ölkədə bitkoin (0,15) və ya “Ethereum” (4,78) kriptovalyutaları ilə əldə etmək mümkün olacaq. Hazırkı məzənnəyə görə smartfonun qiyməti 960 dollar təşkil edir. Tədarüklərə dekabrda başlamaq planlaşdırılır.

Qeyd edək ki, məlumat bazalarının təşkili sistemi olan blokçeyndən virtual valyutalarla aparılan əməliyyatlar barədə informasiyanın saxlanılması üçün istifadə olunur. Texnologiya, həmçinin bank fəaliyyətində tətbiq edilə bilər. Kriptotexnologiya böyük əməliyyatların aparılması üçün vaxta xeyli qənaət etməyə imkan verir.

ICTnews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258