İKT

"Samsung"- dan daha bir yenilik olacaq
23 OKTYABR
125

"Samsung"- dan daha bir yenilik olacaq

2018-10-23 15:55:00

Samsung şirkətinin növbəti modeli ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq.

Fins.az xəbər verir ki, bu smartfon ekranının aşağı mərkəzi hissəsində toxunuşa həssas sensor yeri olacaq.

Eləcə də bax:Azərbaycanlı gənc “Youtube”da 140 milyonluq rekordla fenomen oldu

"Samsung" rəsmiləri sözügedən texnologiyanın növbəti versiyası üzərində çalışırlar. "Viveo APEX" adlı konspet flaqman smartfonunu blokdan çıxartmaq üçün istifadəçi öz barmağını smartfon ekranının aşağı hissəsindəki istənilən yerinə toxundura bilər. Lakin Samsung şirkəti daha da irəli getmək istəyir. Belə ki, şirkətin yeni patent sorğusunda smartfon ekranının bütün hissəsini əhatə edən barmaq izi skanı texnologiyasına sahib cihazdan söhbət gedir. Bu cür sistemin necə çalışacağı hələki tam məlum deyil. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə şirkətin Çində keçirdiyi təqdimatda smartfonların ön panellərinin tamamilə çərçivələrdən və çıxıntı hissələrindən azad edilməsinə qadir texnologiyalardan söhbət getmişdi. Şirkətin məlumatına əsasən yeni texnologiyalar vasitəsilə həmçinin ön kameraları da ekrana inteqrasiya etmək mümkündür.

Finans

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254