İKT

Cənubi Koreyada mobil cihaz istehsalında 25 MİLYON geriləmə
23 OKTYABR
92

Cənubi Koreyada mobil cihaz istehsalında 25 MİLYON geriləmə

2018-10-23 15:02:00

Dünyanın ən böyük mobil cihaz istehsalçısı şirkətlərinə ev sahibliyi edən Cənubi Koreyada istehsalın inkişaf etməkdə olan ölkələrə köçürülməsilə son 10 ildə yerli istehsalda böyük azalma baş verib.

Cənubi Koreyanın xəbər agentliyi "Yonhap"ın "Strategy Analytics" firması məlumatlarına istinadən verdiyi xəbərə görə, 2008-ci ildə ölkədə 136 milyon vahid mobil telefon və planşet istehsal edilmişdi. 2018-ci ildə bu rəqəm 25 milyona qədər geriləyib.

Fins.az Agentliyin xəbər verir ki, Cənubi Koreya, 2008-ci ildə dünyadakı cəmi istehsalının 11,4%-ni həyata keçirərkən, 2018-də nisbət  1,3%-ə düşüb.

Eləcə də bax:Uber yeməkləri alıcılara dronlar vasitəsilə çatdıracaq

Şirkətlər istehsallarını Çin, Hindistan və Vyetnam kimi inkişaf etməkdə olan ölkələrə köçürüblər.

2018-ci ilin məlumatlarına görə, ildə 1,3 milyard vahid istehsal edən Çin, ümumi istehsalın 70%-ini təkbaşına qarşılayır. Çinin ardınca 264 milyonla Hindistan (13,6 faiz) və 188 milyon ədədlə Vyetnam (9,7 faiz) gəlir.

Cənubi Koreyalı istehsalçılar son illərdə istehsal xərclərini aşağı salmaq üçün zavodlarını qonşu region ölkələrinə köçürürlər.

Texnologiya nəhəngi Samsung, mobil cihazların təxminən yarısını Vyetnamdakı zavodlarında istehsal edir. Şirkət bir müddət əvvəl Hindistanda da zavod açıb. LG də cib telefonu və planşet  istehsalının yalnız 15%-ini öz ölkəsində, qalanını Vyetnam və Braziliyadakı zavodlarında istehsal edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254