İKT

Uber yeməkləri alıcılara dronlar vasitəsilə çatdıracaq
23 OKTYABR
155

Uber yeməkləri alıcılara dronlar vasitəsilə çatdıracaq

2018-10-23 10:53:00

The Wall Street Journal saytının jurnalistləri Uber şirkətinin saytında maraqlı vakansiya ilə qarşılaşıblar. Belə ki, şirkət 2019-cu il üçün özünün dron istehsalına və 2021-ci il üçün onların kommersiya məqsədli istifadəsinə yardım edəcək top menecer axtarır. Saytın jurnalistlərinin bu məsələ ilə bağlı Uber şirkətinə sorğu göndərmələrindən sonra şirkət həmin vakansiyanı öz saytından pozub və bildirib ki, pozulmuş vakansiya şirkətin hələki hazırlanma mərhələsində olan layihəsinin düzgün təsvirini ortaya qoymayıb. Qeyd etmək lazımdır ki, bu ilin May ayında Uber, Apple və Microsoft kimi şirkətlər qida məhsullarının dronlar vasitəsilə alıcılara çatdırılması üçün dövlət orqanlarından icazə almışdılar. Bununla yanaşı ABŞ-ın Nəqliyyat Nazirliyi bu məsələdə Amazonşirkətinə və Çinin DJI markalı dron istehsalçısına rəd cavabı vermişdi. Həmin vaxtda Uber şirkətinin hal hazırki CEO-su Dara Khosrowshahi bildirmişdi ki, şirkətə “uçan burgerlər” lazımdır.

Eləcə də bax:Ən etibarlı kompüter istehsalçıları - ADLAR

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250