İKT

iPhone – u olmayan Apple səhmdarı kimdir?
23 OKTYABR
127

iPhone – u olmayan Apple səhmdarı kimdir?

2018-10-23 10:02:00

Təqribən 80 milyon dollar dəyərində sərvəti ilə dünyanın ən varlı 3 – cü insanı və sahib olduğu 23 milyard dollarlıq səhmi ilə Apple şirkətinin ən böyük 5 – ci səhmdarı olan Warren Buffet Apple CEO – su Tim Kuk və Stiv Cobsun ona iPhone telefonu satmağa çalışdıqlarını, ancaq buna nail ola bilmədiklərini söyləyib.

 Eləcə də bax:Ən etibarlı kompüter istehsalçıları - ADLAR

Həmçinin oxu: Warren Buffet-ın biznesində etdiyi 4 səhv

Verdiyi müsahiblərin birində bu haqda açıqlama edən Buffet, Tim Kukun hər Yeni ildə ona təbrik kartı göndərdiyini və bu kartın üzərində Kukun ona mobil telefon satmaq istədiyinin yazıldığını qeyd edib.

Buffet, Tim Kukdan əvvəl yaxın münasibətinin olduğu Stiv Cobs üçün də qatıldığı bir proqramda “Stiv mənə iPhone satmaq istəyirdi” deyə bildirmişdi.

Apple şirkətindəki səhmlərinin dəyəri 23 milyard dollar olan Buffet, inkişaf edən texnologiyaya rəğmən, seçiminin qapaqlı telefonlar içərisindən olduğunu söyləyib. Ünvanlanan suala zarafatyana bir cavab verən Buffet, “Mənim iPhone aldığım gün, qalan son insan da iPhone almış olacaq” deyə bildirib.

Qeyd edək ki, Buffet iPhone istifadə etməyən tək insan deyil. Belə ki, 2016 – cı ildə dünya üzrə 510 milyon ədəd qapaqlı telefon satışı həyata keçirilmişdir.

banco

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254