İKT

Ən etibarlı kompüter istehsalçıları - ADLAR
22 OKTYABR
290

Ən etibarlı kompüter istehsalçıları - ADLAR

2018-10-22 14:30:00

Kompüterlərin təmiri üzrə ixtisaslaşmış ABŞ-ın “Rescuecom” şirkəti ABŞ-da kompüterlərin etibarlılığı üzrə reytinq tərtib edib.
 
Fins.az xəbər verir ki, ABŞ-ın kompüter bazarının 6,4%-i və təmir edilmiş məhsulların yalnız 1,63%-i ən etibarlı kompüterlərin reytinqində lider olan “Samsung Electronics” şirkətinin payına düşür. Cənubi Koreya şirkəti etibarlılıq reytinqində 393 bal toplayıb.

Eləcə də bax:İnternetsiz işləyən sayt açıldı – AZƏRBAYCANDA İLK DƏFƏ
 
ABŞ-ın kompüter bazarının 14,9%-i, təmir edilmiş məhsulların 5,9%-i sözügedən reytinqdə 253 bal toplayaraq ikinci yeri tutmuş “Lenovo” şirkətinin payına düşür. “Apple”, “Dell” və “Microsoft” şirkətləri müvafiq olaraq üçüncü, dördüncü və beşinci yerləri tutublar.
 
“Rescuecom” şirkətinin nümayəndəsinin sözlərinə görə, “Samsung” məhsulun keyfiyyətinin artırılmasına böyük yatırım edir.

ictnews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250