İKT

2019-cu ildə qlobal İT xərcləri 3,8 trilyon dolları ötəcək
19 OKTYABR
143

2019-cu ildə qlobal İT xərcləri 3,8 trilyon dolları ötəcək

2018-10-19 16:10:00

2018-ci ildə qlobal informasiya texnologiyaları xərcləri 4,5% yüksələrək 3,7 trilyon ABŞ dollarına yaxınlaşacaq. 2019-cu ildə isə bu göstərici 3,2% artaraq 3,8 trilyon dolları ötəcək. Bu haqda “Gartner” analitik şirkətinin yeni araşdırmasında qeyd edilib.

Texnologiya xəbərlərimizi Facebook-da izlə

“Dailycomm.ru” saytına istinadən, mütəxəssislərin sözlərinə görə, korporativ proqram təminatı İT seqmentində ən sürətlə inkişaf edən istiqamətdir. 2018-ci ildə müəssisələrə proqram təminatının satışından əldə olunan məbləğ 9,9% yüksələrək 405 milyard dollara yaxınlaşacaq, 2019-cu ildə 8,3%-lik artım (439 milyard dollar) gözlənilir.

İT xidmətləri seqmentində daha yüksək artım gözlənilir. 2018-ci ildə bu istiqamətdə qlobal xərclər 5,9% yüksələrək 987 milyard dollara yaxınlaşacaq, 2019-cu ildə isə bu göstərici 1 trilyon dolları (+4,7%) ötəcək.

2018-ci ildə fərdi kompüter, planşet və mobil telefonlar daxil olmaqla qurğuların satın alınması 3,6% yüksələrək 689 milyard dollar, gələn il isə bu göstərici daha 2,4% artaraq 706 milyard dollar təşkil edəcək. Analitiklər belə hesab edirlər ki, korporativ sektor tərəfindən fərdi kompüterlərə tələbat 2020-ci ilədək artmağa davam edəcək. Lakin “Gartner”, həmçinin “Intel”in istehsalı olan prosessorların defisitinə görə qısamüddətli mənfi nəticənin qeydə alınması haqda xəbərdarlıq edib.

Bu il və gələn il rabitə xidmətləri informasiya texnologiyaları bazarının ən iri seqmenti olaraq qalacaq. Bu istiqamətdə xərclər müvafiq olaraq 1,43 və 1,44 trilyon dollar səviyyəsində gözlənilir.

Eləcə də bax:Pilotsuz nəqliyyat təyyarəsi 1,5 ton yük daşıya bilir

İCTNEWS

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250