İKT

Brauzerlər fəaliyyətini dayandıracaq
19 OKTYABR
232

Brauzerlər fəaliyyətini dayandıracaq

2018-10-19 14:25:00

2020-ci ilin birinci yarısında bütün əsas brauzerlər (Safari, Chrome, Edge, Internet Explorer və Firefox) “TLS” (Transport Layer Security) şifrləmə protokolunun 1.0 və 1.1 versiyalarının dəstəklənməsini dayandıracaq. Bu barədə internet brauzerlərinin istehsalçıları olan “Apple”, “Google”, “Microsoft” və “Mozilla” şirkətlərinin məlumatında deyilir.

Fins.az xəbər verir ki, “TLS” protokolu “SSL” (Secure Socket Layer) kimi tanınan standartın əvəzlənməsi məqsədilə yaradılıb. Onlar brauzer və server arasında rabitə kanalı məlumatlarının ələ keçirilməsinin mühafizəsi üçün nəzərdə tutulub.

Məlumata görə, protokolun 1.0 və 1.1 versiyaları (onların birincisi təxminən 20 il əvvəl yaradılıb) artıq köhnəlib və onları avqustda internet üçün standartlar hazırlayan “IETF” təşkilatı tərəfindən təsdiqlənən 1.2 və 1.3 versiyaları əvəzləyib. 1.2 versiyasını dörd brauzer, ilkin variantda olan 1.3 versiyasını isə “Chrome” və “Firefox” dəstəkləyir. “Qualys” şirkətinin məlumatına görə, saytların əksər hissəsi də “TLS 1.2” versiyasını dəstəkləyir.  

ICTnews

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258