İKT

Yeni "Xiaomi" gəlir - Çərçivəsiz olacaq
18 OKTYABR
378

Yeni "Xiaomi" gəlir - Çərçivəsiz olacaq

2018-10-18 16:07:00

"Xiaomi" şirkəti özünün çərçivəsiz "Mi Mix 3" flaqman modelinin təqdimat tarixini elan edib.

Fins.az xəbər verir ki, "Mi Mix 3" 25 Oktyabr tarixində Pekində təqdim olunacaq.

Şirkət tərəfindən paylaşılmış daha bir foto sayəsində belə qənaətə gəlmək olar ki, Mi Mix 3 5G texnologyasına və 10 GB RAM-a sahib olacaq. Təəssüflər olsun ki, smartfon barəsində digər əlavə məlumat yoxdur. Əvvəlki məlumat sızıntısına əsasən Mi Mix 3 slayder formatında hazırlanacaq. Bundan əlavə olaraq smartfonun 6.4 inç AMOLED ekran, Snapdragon 845 prosessoru, 8 GB RAM, ikili arxa kamera və ekrana inteqrasiya olunmuş barmaq izi skanı ilə təchiz olunacağı gözlənilir.

Qeyd edək ki, model "Android 9.0 Pie" əməliyyat sistemi vasitəsilə çalışacaq.

Finans

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258