İKT

Bu smartfonlarda " Google" PULLU olacaq
18 OKTYABR
1015

Bu smartfonlarda " Google" PULLU olacaq

2018-10-18 18:24:00

İlk dəfə olaraq "Google", öz smartfonlarında "Google Pay" ilə digər "Google" servislərinin olduqları smartfonların istehsalçılarından ödəniş alacaq.

"Android" sistemli smartfonların istehsalçıları cihazlarında "Play Store", "Gmail", "YouTube" və "Google Maps" tətbiqlərinin quraşdırılması üçün lisenziya almalı olacaqlar.

Eləcə də bax: Bu texnologiya sayəsində sərhədi keçməyə bilərsiniz - SİFƏTİNİZ TANINACAQ

"Finans.az" xəbər verir ki, lisenziyanın qiyməti barəsində heç bir məlumat verilməyib.

Bu yeni qaydalar oktyabrın 29-dan qüvvəyə minəcək. Yeni qaydalar Avropanın iqtisadi zonasında satılacaq smartfon və planşet modelləri üçün nəzərdə tutulacaq.

Qeyd edək ki, Avropanın iqtisadi zonasına Avropa Birliyinin 28 ölkəsi daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254